Newscenter.az.30.07.2020. Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonunun Zarağan kəndində 528 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayırıb.
Bununla bağlı dövlət başçısı sərəncam imzalayıb.
Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etməli, İqtisadiyyat Nazirliyi isə ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutması tapşırılıb.
Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.