Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Anar Məmmədov 1200-ə yaxın ailəyə bayram sovqatı verib-FOTOLAR



Newscenter.az.31.07.2020. "Dünya müsəlmanlarının böyük təmtəraqla qeyd etdikləri müqəddəs Qurban bayramı günlərində milli-mənəvi dəyərlərimizi təbliğ etmək, insanları birliyə, əmin-amanlığa səsləmək, aztəminatlı ailələrin, əlil, ahıl və kimsəsizlərin bayram sevincinə şərik çıxmaq, onları sevindirmək məqsədilə 96 saylı Goranboy-Naftalan seçki dairəsi ərazisində yaşayan 1200-dən çox şəhid ailəsinə, Qarabağ qazilərinə, Çernobıl əlillərinə, qaçqın və məcburi köçkünlərə, habelə imkansız ailələrə ərzaq məhsullarından ibarət bayram sovqatı və qurban payı çatdırılıb".

Newscenter.az xəbər verir ki, bu fikirləri sözügedən seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Anar Məmmədov səsləndirib.

Deputat bildirib ki, bayram sovqatı alan ailələr də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirib.

Anar Məmmədov qeyd edib ki, bayram insanların mənən saflaşması, onların daha sıx birləşməsi üçün bir vasitədir. Bu birlik ovqatı bizim hamımız – cəmiyyətimiz və dövlətimiz üçün olduqca mühüm amildir.

Anar
Xəbəri paylaş