Newscenter.az.1.08.2020. İnsanlar arasında həmrəylik və qardaşlığın, humanizm və mərhəmətin rəmzi olan Qurban bayramı İslam dininin əsas bayramlarından biridir. Müsəlmanlar bu əlamətdar gündə Uca Yaradanın adına qurbanlarla Allaha yaxınlığın sevincini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər.
Ulu öndərimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra xalqımızın milli adətləri və dini ənənələri tezliklə bərpa edildi və dini bayramlarımız dövlət səviyyəsində qeyd olunmağa başladı. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir, mənəvi və dini dəyərlərimizə böyük ehtiram və sayğı ilə yanaşılır.
Bu ilki Qurban bayramı dünyanın qarşılaşdığı çətin sınaq dövrünə təsadüf etsə də, Azərbaycan xalqı hər zaman olduğu kimi öz həmrəyliklerni nümayiş etdirərək qurbanlar kəsərək imkansız ailələri sevindirdilər.
Növbəti qurbanların kəsildyi məkanlar, edildyi dualar işğalda olan torpaqlarmz olsun inşallah.
Qurban Bayramınız mübarək.
Xanım Qədirova
Salyan Uşaq Gənclər və İdman idarəsində məşqçi müəllim.