Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMU ilə İnha Universiteti arasında ikili diplom proqramına müraciət imkanı sadələşdirilib



Newscengter.az.4.08.2020. Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İnha Universiteti arasında bakalavr pilləsi üzrə İkili Diplom Proqramının (İDP) icrası davam etməkdədir. Bu proqrama müraciət etmək istəyən abituriyentlər üçün elektron anket forması hazırlanıb.

Newscenter.az-a tıhsil ocağından bildirilib ki, abituriyentlər https://forms.gle/QNJeGEU6GcSoMzk88 linkinə daxil olaraq müraciət anketində verilən sualları cavablandırmalıdırlar. Bundan başqa, İDP ilə əlaqədar sualları [email protected] e-mail ünvanına və ya www.facebook.com/iro.beu.edu.az səhifəsinə ünvanlamaq mümkündür.

Xatırladaq ki, iki universitet arasında əldə edilən razılığa müvafiq olaraq ikili diplom proqramı 4 ixtisas - İnşaat mühəndisliyi, İnformasiya texnologiyaları, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi üzrə həyata keçirilir.

Proqramda Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda 400 və daha çox bal toplayan abituriyentlər iştirak edə bilər. Bundan əlavə BMU ilə İnha Universitetinin birgə təşkil etdiyi müsabiqədən uğurla keçən abituriyentlər yuxarıda qeyd olunan 4 ixtisasdan birində öz seçimlərinə görə dövlət hesabına təhsil ala biləcəklər.

Proqram haqqında daha ətraflı məlumatı http://www.beu.edu.az/az/page/ikili-diplom-proqrami-185/ linkindən əldə etmək olar.
Xəbəri paylaş