Newscenter.az.4.08.2020. Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2020-ci ilin iyul ayı ərzində 515,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Fondun İctimaiyyətlə əlaqələr departamentindən Newscenter.az-a bildirilib ki, bu keçən aya nisbətən 140 milyon dollara yaxın artıq vəsait deməkdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2020-ci ilin iyun ayı ərzində valyuta hərraclarında 373,2 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Zaur