Newscenter.az.4.08.2020. Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolda yenidənqurma işləri davam etdirilir.
Newscenter.az-a Agentlikdən bildirilib ki, layihəyə uyğun olaraq, yolun 36 km-i asfalt-beton, 10 km-i isə çınqıl örtüklü olmaqla 3 istiqamət üzrə yenidən qurulur. Bu 34.4 km uzunluğa malik ( 24.4 km asfalt-beton, 10 km çınqıl örtük olmaqla) Sudur kəndi, 3.8 km uzunluğunda Cibir kəndi və 5.8 km-lik Mucuq kəndi istiqamətləridir. Bu çərçivədə Cibir və Mucuq kəndəri istiqamətində 9.6 km uzunluğa mailk yollar artıq yenidən qurulub.
Sözügedən yollar boyu deformasiyaya uğramış hissələr qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib, yolun torpaq yatağının təmiri və bərpası işləri aparılıb, yolun normativ eninin alınması üçün torpaq yatağı genişləndirilib.
Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun tikintisi sakinlərin rahat gediş-gəlişini təmin edəcək, 8 min əhainin yaşadığı 14 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.
Anar