Newscenter.az.10.08.2020. ABŞ-da evdə qaz partlayışı nəticəsində azı bir nəfər ölüb.
“Report” xəbər verir ki, hadisə Merilend ştatının Baltimor şəhərində qeydə alınıb.
Partlayışın gücündən bir neçə ev tamamilə dağılıb.
Xilasetmə əməliyyatı zamanı dörd nəfər dağıntıların altından çıxarılıb. Onların vəziyyəti ağırdır. Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.
Hazırda 30-dan çox xilasedici dağıntılar altında qala biləcək insanları axtarmağa davam edir.