Newscenter.az.10.08.2020. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Newscenter.az-a qurumdan bildirilib ki, AQTA əməkdaşları tərəfindən 09 avqust 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 51 ictimai iaşə obyekti, 151 ərzaq satışı mağazası olmaqla ümumilikdə 202 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 51-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“VİP”, “Renat”, “Ümid”, “Abşeron”, “Laçın” marketler, “Urva” şirniyyat mağazası, Hüseynov Müseyib Elman oğluna, Hüseynov Samir Oruc oğluna, Rzayeva Qətibə Yusifəli qızına, Hacıyeva Lətafət Tərif qızına məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
Göyçay rayonunda Salmanov Feyzi Alik oğluna, Orucov Vasif Akif oğluna, Yusifli Bahadur Yusif oğluna, Səfərəliyeva Afaq Əsgər qızına, Abbasov Əhliman Ərziman oğluna məxsus kafelər, Quliyev Zaur Feyruz oğluna, Novruzov Şamil Çingiz oğluna, Abdullayeva Ülkər Alı qızına məxsus restoranlar, Həsənov Elmin Fəzail oğluna, Şıxəliyev Sehran Ağasəlim oğluna, Vəliyev Əzizağa Əlisurət oğluna, Quliyev Mübariz Nəcəf oğluna və Yusifov Neman Şahlar oğluna məxsus yeməkxanalar
Şirvan şəhərində Agüloğlu Orhan Sedat oğluna, Məmmədov Məlikağa Məmmədxan oğluna, Teymurov Elvin İlham oğluna məxsus kafelər, Həziyev Sərhəd Ədin oğluna, Teymurov Maqsud Telman oğluna məxsus restoranlar, Sadıqov Məhərrəm Ərzulla oğluna məxsus kafe
Sabirabad rayonunda Mikayılov Elnur Zakir oğluna məxsus kafe
Hacıqabul rayonunda Zeynalova Fəridə Mirmustafa qızına məxsus yeməkxana, Məmmədov Nizami Bilal oğluna məxsus kafe
Saatlı rayonunda Əzizov Ülvi İlyas oğluna məxsus kafe
Neftçala rayonunda Gözəlov Mübariz Atəş oğluna məxsus kafe, Əlihüseynov Nazim Məhərrəm oğluna məxsus restoran
Bərdə rayonunda Nərimanov Azad İsmayıl oğluna, Əliyev Ramil Əhliman oğluna, Əsədova Lalə Əmir qızına, Şükürov Heydər Sabir oğluna, İbişov İlqar Kamal oğluna, Mehdizadə Cavid Qırımxan oğluna, Qurbanov İlqar Kərim oğluna məxsus ərzaq mağazaları
Tərtər rayonunda Qurbanov İlkin Şahin oğluna, Əliyev Ədalət İbrahim oğluna, İbrahimov Azad Hümbət oğluna, Ramazanov Əsgər Rafiq oğluna, Fərzəliyev Elçin Xanlar oğluna məxsus ərzaq mağazaları
Şəmkir rayonunda “Köz dönər”, “Uğur” kafeləri
Gədəbəy rayonunda “Şəfa”, “Ulu dağ” kafeləri
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Orxan