Newscenter.az.10.08.2020. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Beyləqan rayonunun Milabad qəsəbəsində fəaliyyət göstərən istehsal sexindən atmosferə normadan artıq tullantı atıldığı aşkar edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı sexin sahibi Vüqar Ağalıyev barəsində protokol tərtib edilib və o, 2 500 manat məbləğində cərimə olunub.
Obyekt sahibinə sexdə təmizləyici qurğunun quraşdırılması üçün icrası məcburi olan “məcburi göstəriş” verilib.