Newscenter.az.10.08.2020. Son gün ərzində Türkiyədə koronavirusdan daha 14 nəfər ölüb.
Bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin məlumatına görə, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 5 858 nəfərə çatıb.
Fahrettin Koca qeyd edib ki, son sutkada COVID-19-a 1 193 yoluxma aşkarlanıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 241 997-yə yüksəlib.
Eyni zamanda son sutkada virusa yoluxmuş 1 211 pasiyent sağalıb. Hazırda Türkiyədə koronavirusdan sağalanların sayı 224 970 nəfər təşkil edir.