Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Goranboyda gizli ad günü keçirənlər saxlanılıb



Newscenter.az.11.08.2020. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, avqust ayının 10-da RPŞ-yə şəhər ərazisindəki fərdi yaşayış evlərinin birində ad günü mərasimi keçirilməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gələrək mərasimini dayandırıb, iştirakçılar saxlanlıraq Polis Şöbəsinə gətirilib.

Şöbədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, rayon sakinləri Daşqın Qarayev və İlyas İsrafilov əvvəlcədən danışaraq nəvələrinə ad günü keçirmələri barədə razılığa gəliblər.

Həmin şəxslər də daxil olmaqla məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib. Polis əməkdaşlarla onlarla bir daha profilaktiki söhbət apararaq, karantin rejiminə əməl etməyi, mümkün qədər evdən çıxmamağı tövsiyyə edib və bildirib ki, bütün bu tələblər vətəndaşların sağlamlığının qorunması üçündür.

Qeyd etmək lazımdır ki, Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarının mütəmadi olaraq keçirdikləri reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan 666 vətəndaş barəsində müvafiq qanunlara uyğun olaraq barələrində tədbir görülüb ki, onlardan 10 nəfər barəsində rayon məhkəməsinin qərarı ilə İnzibati həbs seçilib. Bundan başqa, görülən tədbirlər nəticəsində rayon ərazisində 1 nişan və 1 toy mərasiminin qarşı alınıb.
Xəbəri paylaş