Newscenter.az.11.08.2020. Sərnişin avtobuslarında vətəndaşların tibbi maskalardan istifadə etməsi üçün Bakı Nəqliyyat Agentliyi müəyyən maarifləndirici tədbirlər həyata keçirir.
Newscenter.az xəbər verir ki, bu barədə açıqlama verən Agentliyin mətbuat katibi Mayis Ağayev deyib ki, bu məqsədlə BNA prosesə 103 nəfər ödənişli olaraq ictimai işçi cəlb edib:
“Sürücülərlə sərnişinlər arasında mübahisə yaranmaması üçün 103 nəfər ödənişli ictimai işçi də cəlb etmişik ki, dayanacaqlarda nəzarət eləsin. Təəssüflər olsun ki, onların tövsiyəsinə, maska taxın tələbinə bəzi sərnişinlər əsəbi reaksiya verirlər”.
Tibbi maska taxmayan sərnişinin avtobusa minməsinə qadağa qoyulmasına gəlimncə, BNA rəsmisi deyib ki, sürücü də sərnişinə yalnız tövsiyə verə bilər.