Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Dayanıqlı İnkişaf Məqsədlərinin MDB ölkələrindəki gənc səfirləri: aktiv fəaliyyətə səfərbərlik" mövzusunda konfrans keçkirilib



Newscenter.az.13.08.2020. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyev Beynəlxalq Gənclər Gününə həsr olunmuş "Dayanıqlı İnkişaf Məqsədlərinin Müstəqil Dövlətlər Birliyi ölkələrindəki gənc səfirləri: aktiv fəaliyyətə səfərbərlik" mövzusunda ZOOM konfransda iştirak edib.

Newscenter.az xəbər verir ki, görüşdə DİM-in koordinatorları və Azərbaycan, Rusiya, Qırğızıstandan gənc səfirləri, Rusiya Gənclər və Uşaq Assosiasiyaları Milli Şurasının sədri Qriqori Petuşkov, Moskvadakı BMT İnformasiya Mərkəzinin direktoru Vladimir Kuznetsov, Rusiya BMT Yardım Assosiasiyası sədrinin birinci müavini Aleksey Borisov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyev, BMT Baş katibi yanında İqlim Problemləri üzrə gənclər məşvərət qrupunun üzvü Vladislav Kaim iştirak ediblər.

Azərbaycanda DİM-in gənc səfirlərinin yaradıcılarından olan Məzahir Əfəndiyev görüşdə iştirak edən bütün gənc səfirləri təbrik edib, Azərbaycanda və ümmumiyyətlə bütün dünyada DİM-lərin təbliğ olunmasında gənclərin əhəmiyyətli rolunu vurğulayıb: “Ölkəmizdə BMT-nin “2030-cu il inkişaf gündəliyi”nin həyata keçirilməsinə gənclərin daha çox cəlb edilməsi üçün vacib addımlar atılır. Son dövrlər qəbul olunan dövlət proqramlarında da DİM-ə nail olunması prioritet istiqamət kimi nəzərə alınmaqdadır.” Onun fikrincə, qeyd olunan bu kimi tədbirlər gənclərin inklüzivliyini artırmağa, onların bacarıqlarını daha əlçatan etməyə istiqamətləndirir.

Qeyd edək ki, görüşdə Azərbaycanı DİM-in gənc səfirləri 3-cü məqsəd - sağlamlıq və rifah üzrə Aygün Talıbova və 10-cu məqsəd - bərabərsizliyin azaldılması üzrə Ayan İsmayılova təmsil ediblər.

Sonda müzakirələrə qoşulan iştirakçılar iş təcrübələrini bölüşüblər, fərdi və DİM-lərin yerli və milli səviyyələrdə həyata keçirilməsində bir DİM səfiri kimi təcrübələrini təqdim etdilər və onları maraqlandıran suallar səsləndiriblər.

Bu gün gənclərin könüllü fəaliyyətinə cəlb olunması və ümumilikdə gənclərin inkişafına xüsusi qayğı və diqqət gənclər sahəsində həyata keçirilən əsas prioritetlərdən sayılır. Buna görə də təsadüfi deyil ki, 2020-ci il Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda “Könüllülər ili” elan olundu, tərəqqi dövrünü yaşayan milli könüllülər hərəkatının inkişafı zirvə nöqtəsinə çatdırılıb.

Məlumat üçün bildirək ki, 1998-ci ildən etibarən, hər il avqust ayının 12-i gənclərə lazımi diqqət göstərmək, onların inklüzivliyini artırmaq, nailiyyətlərini təbliğ etmək, habelə cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə bütün dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. Həmin günün qeyd olunması ilə bağlı beynəlxalq sənəd 17 dekabr 1999-cu ildə BMT Baş Məclisinin 54/120 saylı qətnaməsinə əsasən qəbul olunub.

Bu günlə əlaqədar cari ilin avqustun 12-də BMT-nin Beynəlxalq Gənclər Gününə həsr olunmuş "Dayanıqlı İnkişaf Məqsədlərinin Müstəqil Dövlətlər Birliyi ölkələrindəki gənc səfirləri: aktiv fəaliyyətə səfərbərlik" mövzusunda ZOOM konfrans təşkil edilib.

Mehman
Xəbəri paylaş