Newscenter.az.13.08.2020. Dövlət başçısının tapşırıq və sərəncamları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yasamal rayonu ərazisində kompleks tədbirlər həyata keçirilir. İşlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, ümumi istifadədə olaraq sərnişin avtobusların hərəkət etdiyi, sosial obyektlərin yerləşdiyi küçə və yollarda aparılır.
Newscenter.az-a Agentlikdən bildirilib ki, 2019-cu ildə bu çərçivədə Yasamal rayonu üzrə ümumi uzunluğu 7.6 km olan 13 adda küçə və yolda təmir-tikinti işləri aparılıb. Cari ildə də bu istiqamətdə genişniqyaslı işlər davam etdirilir.
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2020-ci ilin investisiya proqramına uyğun olaraq, Yasamal rayonu ərazisində təmirə ehtiyacı olan daha 7 km uzunluğa malik küçə və yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Proqrama uyğun olaraq rayonun Bakı Dairəvi yolu ilə Yeni Yasama lyaşayış massivini birləşdirən yeni bağlantı yolun tikintisinin, həmçinin Ümid Əkbərov, Müzəffər Həsənov, Fəridə və Pərviz Abbasovlar, Qədirli, Lev Tolstoy və Şamil Əzizbəyov küçələrində yenidənqurma işlərinin aparılması nəzərdə tutulurdu ki, artıq bu istiqamətdə işlərin böyük bir hissəsi yerinə yetirilib.
Yenidənqurma işləri zamanı sadalanan yol və küçələr boyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca asfaltlanma işləri aparılıb, yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılıb.
Hazırda sözügedən rayon üzrə anoloji təmir-bərpa işləri ümumi uzunluğu 2700 metr olan Şamil Əzizbəyov və Lev Tolstoy küçələrində də davam etdirilir. Artıq bu küçələrin bir hissəsində işlər yekunlaşdırılıb.
Anar