Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avqustun ilk həftəsində sərnişin səfər sayı 7 000 000-a yaxın olub



Newscenter.az.14.08.2020. Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 15 avqust gecə 00:00-dan 17 avqust səhər saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq. Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi yayıb.

Bildirilib ki, bu həftə ərzində Bakı şəhərində müntəzəm və ekspres xətlər üzrə avtobuslarla 8 000 000-dan artıq sərnişin səfər sayı qeydə alınıb. Bu isə 3-7 avqust tarixlərində qeydə alınan göstəricidən təxminən 14 % çoxdur. Belə ki, avqustun ilk həftəsində sərnişin səfər sayı 7 000 000-a yaxın olub.

Bu həftə sərnişindaşımada bir sıra məqamlarla yadda qaldı. Həftənin ilk iş günü 3 əlavə ekspres xətt istifadəyə verildi. M8 xəttinin istifadəyə verilməsi ilə Maştağa qəsəbəsinin metronun “Gənclik” stansiyası ilə əlaqələndirilməsi təmin olundu. Pandemiya dövründə gündəlik sərnişin səfər sayında maksimal rəqəm də bu həftə qeydə alındı. 10 avqust tarixində ümumi avtobuslarla 1 684 332 sərnişin danışınıb. Bu həftə xəttə çıxan avtobusların sayı da maksimuma çatdı. İlk dəfə xəttə 2130 avtobus çıxarıldı.

Anar
Xəbəri paylaş