Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xətai rayonunda 3800 metr uzunluğu olan 4 küçə təmir olunub



Newscenter.az.14.08.2020. Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində Xətai rayonu ərazisində geniş miqyaslı işlər aparılır. 2020-ci ilin investisiya proqramına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyi tərəfindən rayon ərazisində təmirə ehtiyacı olan 22.8 km uzunluğa malik küçə və yollarda genişmiqyaslı təmir-tikinti işləri davam etdirilir.

Newscenter.az-a Agentlikdən bildirilib ki, Proqrama uyğun olaraq ayrılmış vəsait hesabına, Xətai rayonunun Qaçaq Nəbi, Məzahir Rüstəmov, Xudu Məmmədov, N.Tusi, S.Ə.Şirvani, İnqlab İsmayılov, General Ə.Şıxlinski, Admiral Naximov, Yavər Əliyev, Musazadə, Sovxoz, R.Bağırov, Qafaqaz, İ.Həbibov, A.Novruzov və Zeytun küçələrinin təmiri nəzərdə tutulurdu ki, bu istiqamətdə artıq bir-neçə küçədə yenidənqurma işləri aparılaraq yekunlaşdırılıb və yeni yol infrastrukturu vətəndaşların istifadəsinə verilib.

Təmir-tikinti işləri çərçivəsində Xətai rayonu üzrə 700 metr uzunluğa malik Qaçaq Nəbi, 1400 metr uzunluğunda olan Məzahir Rüstəmov, 1100 metrlik Seyid əzim Şirvani və 600 metr uzunluğu olan Yavər Əliyev küçələri yenidən qurulub.
Qeyd edək ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Xətai rayonu ərazisində 17.7 km uzunluğunda olan 14 adda küçə və yol təmir edilib.

Anar
Xəbəri paylaş