Newscenter.az.15.08.2020. Norveçdə əslən Bakıdan olan, 1954-cü il təvəllüdlü Əli Gülbala oğlu Əzizov vəfat edib.
"Report"un Avropa bürosunun məlumatına görə, həmyerlimiz ötən gün koronavirusdan dünyasını dəyişib.
O, bir aydır Norveç Krallığının paytaxtı Osloda klinikaların birinə COVID-19 diaqnozu ilə yerləşdirilmişdi.
Mərhum Norveç vətəndaşıdır və Osloda xüsusi qayda ilə dəfn olunub.