Newscenter.az.16.08.2020. Belarusda kütləvi aksiyalar yenidən bərpa olunub.
Newscenter.az xəbər verir ki, seçki saxtakarlıqlarına etiraz və Lukaşenkonun istefası tələbi ilə insanlar küçələrə axışıb.
İlkin məlumata görə, aksiyaya 100 mindən artıq şəxs qatılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları vəziyyəti sakitləşdirmək və ictimai-siyasi sabitliyi bərpa etmək tapşırığını icra etməkdən imtina ediblər.