Newscenter.az.16.08.2020. Azərbaycan Ordusuna dəstək aksiyası çərçivəsində bu günə qədər 80 ədəd TIR, eləcə də bir neçə kiçikhəcmli yük maşınları maşın təkərləri ilə yüklənərək cəbhə xəttinə göndərilib.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı facebook sosial şəbəkəsində Emin Tarverdiyev verib. O, bildirib ki, Elnur Əliyev tərəfindən başladılan bu dəstək aksiyasına qoşulanların sayı hər ötən gün artır və bir neçə deputat da bu aksiyaya dəstək olub
"Avqustun 16-da 2 təkər dolu TIR-ın cəbhə xəttinə göndərilməsi nəzərdə tutulurdu. Lakin igid oğullarımızın sayəsində 4 ədəd TIR-a təkər yığılaraq cəbhəyə göndərildi".
Emin Tarverdiyev qeyd edib ki, fiziki baxımdan aksiyaya dəstək vermək gücündə olmayanlar maddi cəhətdən yardım edir ki, həmin vəsait də gün ərzində yük maşınlarına təkər yığan gənclərin ərzaq və digər zəruri avadanlıqlarla qarşılanmasına sərf edilir.
Məlumat üçün qeyd edək ki, sözügedən aksiyaya ermənilərin Tovuz istiqamətində etdikləri təxribatdan sonra start verilib.
Anar