Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gəncə sakinindən 93 kq narkotik götürülüb



Newscenter.az.16.08.2020. Gəncə şəhər Baş Polis İdarəsinin (BPİ) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə polis əməkdaşları qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib becərən şəxs saxlayıb.

Belə ki, şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Əhmədlinin yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı kultivasiya yolu ilə becərilmiş, ümumi çəkisi 93 kq 330 qram olan 64 ədəd çətənə bitkiləri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş