Newscenter.az.16.08.2020. Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin nəvəsi və Senatın eks-spikeri Dariqa Nazarbayevanın oğlu Aysultan Nazarbayev 30 yaşında vəfat edib.
“Report” xəbər verir ki, bu barədə “zakon.kz” xəbər portalı məlumat yayıb.
“Aysultan Nazarbayev bu gecə Londonda dünyasını dəyişib. Ölüm səbəbi araşdırılır. İlkin məlumata görə, onun ürəyi dayanıb. Digər detallar hələ bilinmir”-deyə, məlumatda qeyd olunub.