Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakının bəzi yollarında sıxlıq yaranıb



Newscenter.az.17.08.2020. Hazırda Bakının bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bu barədə Newscenter.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd edilib ki, Ziya Bünyadov prospekti hər iki istiqamət, Moskva prospekti mərkəz istiqaməti, H.Əliyev prospekti kənar yol, Babək prospekti H.Əliyev prospekti istiqaməti, Binəqədi şossesi mərkəz istiqaməti, Y. Səfərov küçəsi Üzeyir Hacıbəyov küçəsi istiqaməti, Koroğlu Rəhimov küçəsi, Şah İsmayıl Xətai prospekti, Afiyəddin Cəlilov küçəsi, Qara Qarayev prospekti "Koroğlu" m/st-sı istiqamətində yollardakı sıxlıq müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkətini çətinləşdirir.

Agentlik fərdi avtomobil sürücülərindən anlayış göstərmələrini və hərəkətdə olan zaman avtobuslara güzəştlə yanaşmalarını xahiş edir.

Anar
Xəbəri paylaş