Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Belarusda qərb yönümlü birinin hakimiyyətə gətirilməsinə Putin Rusiyası heç vaxt seyrçi qalmayacaq



Newscenter.az.17.08.2020. “Belarusda baş verənlər görüntü olaraq hər an inqilabın baş verə biləcəyini xatırlatsa da, hakimiyyət dəyişikliyi planı ilə yanaşı, daha ciddi proseslərin baş verdiyi aşkardır”.

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Xəyal Bəşirov səsləndirib. O, qeyd edib ki, bunu müəyyən müddətə (ərəb baharı və s. ilə bağlı) təxirə salınmış, ümumilikdə Gürcüstanda və Ukraynada baş verənlərin də daxil olduğu çox böyük bir planın növbəti mərhələsi hesab edir:

“Rusiya üçün çox strateji və həyati əhəmiyyət kəsb edən nöqtələrdən biri olan Belarusda hakimiyyətin dəyişilməsinə və qərb yönümlü birinin hakimiyyətə gətirilməsinə Putin Rusiyası heç vaxt seyrçi qalmayacaq. Bu səbəbdən də hadisələrin bu şəkildə irəliləməsi, orada qanlı olayların baş verəcəyini labüd edir”.

Ekspert hesab edir ki, baş verənlərdən hər bir dövlət, xüsusilə də digər postsovet ölkələri çox qısa müddətdə ciddi nəticə çıxarmalıdır:

“Çünki, elə insanların idarə etdiyi dövlətlər də insanlar kimi 3 cür olur: ağılsız, ağıllı və müdrik. Ağılsız heç bir hadisədən nəticə çıxarmır və sonu faciə ilə bitir. Ağıllı başına gələnlərdən nəticə çıxarır və ciddi itkiləri olsa da sonu yaxşı ola bilir. Müdrik isə ətrafındakıların başına gələnlərdən nəticə çıxararaq addım atır və heç bir itkiyə yol vermədən ən uğurlu yolu tapa bilir”.

Mehman
Xəbəri paylaş