Newscenter.az.17.08.2020. “Ermənilərin Azərbaycan torpaqlarına iddiaları ilk gündən tarixi saxtalaşdırmaya əsaslanıb. Bu saxtalaşdırma zamanla elə bir kobud görkəm alıb ki, ermənilər özləri özlərini siyasi dalana salıblar”.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Elnur Allahverdiyev qeyd edib ki, Dağlıq Qarabağda separatizm hərəkatının ilk tələbi bizim torpaqlarımızın Ermənistana birləşdirilməsi olub:
“Sonra bu iddianın mümkünsüzlüyünü görüb Dağlıq Qarabağın “müstəqilliyi” ideyasını irəli sürüblər. Elə bu andan etibarən “İkinci erməni dövləti”, “Dağlıq Qarabağ xalqı” kimi amorf, tarixə və beynəlxalq hüquqa zidd, sərsəm “nəzəriyyə”yə istinad etməyə başlayıblar. Son belə bir cəhd “Dağlıq Qarabağ” toponiminin “Arsax”la əvəzlənməsi, hətta bunun yerli “konstitusiya”ya da daxil edilməsidir. Ermənilər gördülər ki, “Qarabağ” sözü dünya tərəfindən ermənilərinki kimi qəbul edilə bilməz. Axı “Qarabağ” erməni dilinə necə tərcümə olunsun?”.
Deputat bildirib ki, hakimiyyətə Nikol Paşinyanın gəlişindən sonra “Arsax” terminini daha tez-tez istifadə etməyə çalışırlar:
“Məsələn, Paşinyan bugünlərdə BBC-nin “Hard talk” verilişinə rüsvayçı müsahibəsində yenə iddia edirdi ki, “ermənilər minillərdir Arsaxda yaşayırlar”. Ancaq nədən indiyədək bu torpaqlar Arsax deyil, Qarabağ adlanıb? Bu suala cavab verən yoxdur. Ermənilərin bəstələdikləri mahnılar var ki, orada Arsax deyil, Qarabağ vəsf olunur”.
Elnur Allahverdiyev deyib ki, əslində, “Arsax” sözünün mənşəcə türkcə olmasına dair bir neçə versiya mövcuddur:
“Tarixçi-Qafqazşünas Türkan İlqarın bizə təqdim etdiyi tarixi faktlara əsasən, bu sözün mənşəyini Qafqaz Albaniyasında axtarmaq lazımdır: “VIII əsrin əvvəllərindən etibarən Albaniya katalikosluğunun yerləşdiyi ərazi - Qarabağın dağlıq hissəsi knyazlıq, hökmranlıq mənasında "Arşax" və ya "Arsax" adlanırdı. Bu, təsadüfi deyil, çünki Albaniyada I əsrin ortalarında hakimiyyətə gəlmiş çar I Vaçaqanın nəslindən olan Arşakilər sülaləsinin hökmdarlarına "arşax", VI əsrdən VIII əsrin əvvəlinədək hakimiyyətdə olmuş Mehranilər sülaləsinin nümayəndələrinə isə "aranşax" deyilirdi. Gəncəli Kirakosun verdiyi məlumata görə, Qarabağın alban knyazı Həsən Cəlalın atası Vaxtanqın digər adı H`Akbaq olub. Əslində, Vaxtanq Xaçın knyazının xristian adı, H`Akbaq, yəni Ağbaq etnik adı idi. Ərəblər Azərbaycanı işğal edəndə Aran mənşəli Baq əhalisi iki yerə bölündü. Baqların özünü Qarabaq adlandıran qanadı İslam dinini qəbul edib, ölkənin düzənlik ərazilərində yaşamaqda davam etdi. Ağbaqlar xristian olaraq qaldılar və ağır vergilərdən can qurtarmaq üçün Kiçik Qafqazın dağlıq və meşəlik ərazilərinə çəkildilər. Həsən Cəlalın anası Arzu xatun Kayen vilayətinin hakimi Qurdun qızı idi. Albaniyanın Kayen tarixi vilayəti isə indiki Qazax, Ağstafa və Dilican rayonlarını əhatə edirdi”.
Mehman