Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənc liderlər Baş nazirin müavini ilə görüşüblər



Newscenter.az.17.08.2020. Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzi 2019-cu ildən “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının icrasına start verib.

Nazirliyin mətbuat katibi Samaya Məmmədovanın Newscenter.az-a verdiyi məlumata görə, proqramın əsas məqsədi gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi ilə onlarda liderlik keyfiyyətlərinin inkişafına şərait yaratmaqdır.

Cari ilin aprel ayından start verilmiş proqramda iştirak etmək üçün 350-dən artıq gənc müraciət edib. İlkin seleksiyadan sonra 171 gənclə onlyan formada müsahibə aparılıb və nəticədə 115 gənc iştirakçı kimi seçilib.

İştirakçıların seçimi zamanı onların ictimai fəallığı, təşkilatçılıq bacarıqları, dünya görüşləri və hadisələrə baxışları, ünsiyyət və əlaqə qurmaq bacarıqları, komanda da işləmək təcrübəsi kimi meyarlara üstünlük verilib.

Avqust - oktyabr aylarında proqram çərçivəsində onlayn formada rəsmi şəxsərlə görüşlər, vebinarlar və təlimlərin keçirilməsi nəzərdə tutulub.

İlk görüş “Azərbaycancılıq məfkurəsi: tarix və gələcəyə baxış” mövzusunda Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovla olub. Görüş zamanı ümummilli lider Heydər Əliyevin fəaliyyəti, gördüyü mühüm işlər, Azərbaycanın regionda rolu, tarixi aspektlər, Azərbaycanın gələcəyi, Azərbaycançılıq məfkurəsi və s. istqiamlət üzrə məlumatalr verilib. Ən əsası isə müstəqiliyimizin daha da möhkəmləndirilməsi üçün gənclərin üzərinə düşən vəzifələr dair onlara tövsiyələr verilib.

Çıxışlardan sonra gəncləri maraqlandıran sullar cavablandırılıb.

Qeyd edək ki, proqramın həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.1.1-ci yarımbəndinin (ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ olunması) icrasını əhatə edir.

Mehman
Xəbəri paylaş