Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Koronavirusun daha yoluxucu forması aşkar edilib



Newscenter.az.17.08.2020. Koronavirusun mutasiya edərək daha yoluxucu olan yeni G614 forması Filipinlərin ən böyük şəhəri Qezon sitidə aşkar edilib.

“Report” “The Strait Times”a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə katibinin köməkçisi Maria Rosario Vergeire mətbuata bildirib.

Filippin Genom Mərkəzinin avqust ayı bülleteninə görə, G614 şəhərdə təsadüfən tapılan 9 nümunədə aşkarlanıb.

M.R.Vergeirenin sözlərinə görə, bunun miqyası epidemiya qənaətinə gəlmək üçün çox kiçikdir: “Bizə daha çox dəlil lazımdır. Mərkəzləşdirilən araşdırmalar Quezon sitiyə cəmləşdirilib. Bu, ölkənin qalan hissəsi üçün səciyyəvi ola bilməz”.

O, G614-ün ilkin olan D614-dən daha yoluxucu olduğuna dair dürüst məlumat olmadığını söyləsə də, “Cell” dərgisində dərc olunmuş dünya tədqiqatlarına görə, mutasiya olunmuş virusun daha yoluxucu olduğu göstərilir. Tədqiqatçılar araşdırılan ölkə və regionlarda G614-ün artıq daha yayğın olduğunu, onun hətta D614-ü əvəzləməsi ehtimalını da irəli sürüblər.

Bununla belə Böyük Britaniya tədqiqatçıları G614 formasının ilkin D614-ə nisbətən “ionlarla dəfə” yox, cəmi 1,22 dəfə daha yoluxucu olduğu qənaətinə gəliblər.
Xəbəri paylaş