Newscenter.az.17.08.2020. Pambıq qumaşdan hazırlanmış paltarlar COVID-19-dan qoruya bilər.
“Report” “İzvestiya”ya istinadən xəbər verir ki, bu qənaətə Kanadanın İctimai Səhiyyə Agentliyi və Manitoba Universitetinin alimləri gəlib.
Araşdırmanın nəticələrinə əsasən, 100 % pambıq qumaşda olan virus deqradasiyaya uğraması üçün 1 sutkadan da az vaxt lazım olub.
“Şkafa qoyulmuş pambıq paltarı bir sutka sonra təhlükəsiz hesab etmək olar”, - Moskva Fizika və Texnologiya İnstitutunun aparıcı elmi işçisi Stanislav Otstavnov vurğulayıb.
Mütəxəssis qeyd edib ki, bu materialın sanitar üstünlüklərindən hər kəs istifadə edə bilər. O bildirib ki, üçqat qumaşdan hazırlanmış pambıq maskalar eynən cərrahi geyim qədər yüksək müdafiəyə malikdirlər. Onun sözlərinə görə, bu cür maskalar koronavirusun yayılmasına səbəb olan respirator damcıların qarşısını yaxşı kəsir.