Newscenter.az.20.08.2020. Binəqədi rayonu ərazisində oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər.
Əməliyyat tədbirləri nəticəsində avqustun 18-də rayon ərazisindəki evlərin birindən 12 000 manat dəyərində elektrik məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Məmmədova saxlanılıb.