Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bir sıra rayonlarda qaz təchizatı dayandırılıb



Newscenter.az.20.08.2020. Bu gün Qaz İxrac İdarəsinin balansında olan diametri 720/325 mm olan yüksək təzyiqli “Yevlax-Naxçıvan” magistral qaz kəmərinin yeni çəkilmiş hissəsinin mövcud şəbəkəyə birləşdirilməsi, yerüstü kranın quraşdırılması və aşkar olunmuş sızmanın ləğvi işləri icra olunur.

Bu barədə "Azəriqaz"dan məlumat verilib.

Bildirilib ki, bu məqsədlə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Fizuli rayonlarında və Yevlax rayonun 9 kəndində qaz təchizatı dayandırılıb.

Qaz təchizatının bərpası avqustun 21-nə planlaşdırılır.
Xəbəri paylaş