Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BNA rəhbəri Vüsal Kərimlidə koronavirus aşkarlandı



Newscenter.az.20.08.2020. Paytaxta gətiriləcək yeni 115 ədəd avtobuslara baxış keçirilməsi üçün Bakı Nəqliyyat Agentliyinin nümayəndə heyəti Türkiyənin İzmir şəhərinə yola düşüb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumatda bildirilir ki, pandemiya dövründə uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalara uyğun olaraq nümayəndə heyətinin üzvləri uçuşdan əvvəl COVID-19 testindən keçiblər.

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli və nümayəndə heyətinin digər bir üzvünün test müayinəsinin nəticələri pozitiv çıxıb. İdarə Heyətinin sədri və digər əməkdaş karantinə alınıb. Zəruri müayinə və müalicə tədbirləri görülür. Vüsal Kərimlinin və əməkdaşın səhhəti stabildir, hər hansı bir narahatlıq müşahidə olunmur.

Yeni avtobusların alınmasının şəhərimiz üçün mühüm əhəmiyyəti nəzərə alınaraq səfər təxirə salınmayıb. Test nəticələri neqativ olan əməkdaşlar hazırda qardaş ölkədə səfərdədilər.

Məlumat üçün bildiririk ki, Türkiyənin BMC şirkətinin istehsalı olan 115 ədəd avtobusun çatdırılması prosesinə bu ilin oktyabrında başlanılacaq və noyabradək yekunlaşdırılması nəzərdə tutulub.
Xəbəri paylaş