Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təhsil müəssisələrinin qarşısında gücləndirilmiş iş rejimində xidmət aparılıb



Newscenter.az.20.08.2020. Avqust ayının 20-də Dövlət İmtahan Mərkəzi tərəfindən Xaçmaz rayonu ərazisində yerləşən iki məktəbdə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, keçirilən imtahanla əlaqədar Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları həmin təhsil müəssisələrinin qarşısında gücləndirilmiş iş rejimində xidmət aparıblar. Şöbə əməkdaşları tərəfindən sosial izolyasiya qaydalarına riayət olunması, eləcə də təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri bütün tədbirlər həyata keçirilib.

Mehman
Xəbəri paylaş