Newscenter.az.23.08.2020. "Azərbaycan Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir. Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz".
Newscenter.az xəbər verir ki, bu fikirlər "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin açıqlamasında yer alıb. Qeyd edilib ki, belə şəxslər də müəyyən olunduqda mütləq şəkildə məsuliyyətə cəlb edilirlər, onların barəsində cəza tədbirləri görülür və qarşdan gələn dövrdə bu tədbirlər daha da sərtləşdiriləcəkdir:
"Ölkəmizdə bugün etibarilə 515 vətəndaşımızın ölümünə səbəb olan koronavirusun yayılma riskini artıran mərasimlərin qadağan olunduğu bir vaxtda qadağalara məhəl qoymayaraq toy məclisi təşkil etmək ictimai fikirdə xalqa hörmətsizlik, dövlətə xəyanət kimi qəbul edilir. Keçirilən toy məclisində bir nəfərin koronavirus daşıyıcısı olması təkcə toyda iştirak edənlərin həyatını deyil, onların təmasda olduğu hər kəsin həyatını riskə atacaq. Yüksək vəzifə sahiblərinin pandemiya qaydalarına məsuliyyətsiz münasibətini görən sadə vətəndaşdan bundan sonra məsuliyyətli davranış tələb etməyə haqqımız var? Ölkəmizdə ictimai rezonans doğuran bu hadisədən cavabdeh şəxslər mütləq qanun qarşısında cavab verəcək. Hüquqi dövlətdə hər kəs qanun qarşısında bərabərdir".
Anar