Newscenter.az.23.08.2020. Mən bir aktiv ictimai vətəndaş və hüquqşünas tədqiqatçı olaraq, akademik Ramiz Mehdiyevə bir neçə və açıq sual ilə xatırlama edim. Çünki, onun mõvqeyi və davranışında milli-dõvlətçilik mənafeyimizə, ümumiyyətlə bir sıra, uyğunsuz və hətta, ziyanlı-əks təzahürlər müşahidə edilir, Azərbaycan cəmiyyətində hiddət hissi yaradan.
Cənab, Ramiz müəllim Mehdiyev.
Uzun müddət Prezident Administrasiyasının rəhbəri kimi õlkənin idarəçiliyində iştirak edən şəxs olmusunuz. Bu gün də AMEA-nın rəhbəri və səhv etmirəmsə Dõvlət Təhlükəsizlik Şurası kimi ali qurumun üzvü olan alim-siyasətçisiniz.
Bütün bunları nəzərə alsaq, indiki pandemiya xüsusi şəraitində hansı qaydalarda toy şənliyi keçrilməsinin mümkünlüyünü hamıdan yaxşı bilirsiniz. Amma bunu bilə-bilə, nəvənizə tam qaydasız, pozuntulu toy etdiniz. Bununla õlkə qanunlarına qarşı getdiniz. Polis araşdırması, həm də məhkəmə baxışı və hõkmü pozuntunu təsdiq etdi. Sadə xalq üçün pis nümunə oldu.
Siz bu addımla həm də, sizi uzun müddət, 82 yaşa qədər yüksək vəzifədə saxlayıb, istefaya da çıxanda qəbul edib, sizi ən yüksək ordenlə mükafatlandırıb, AMEA kimi gõrkəmli quruma prezidenti təyin edib, Təhlükəsizlik Şurası kimi ali qurumun üzvü seçmiş dõvlət rəhbəri, õlkə Prezidenti Ìlham Əliyevə qarşı getdiniz. Çünki, bu qədər iri postlarda olmaqla sizin məncə bir inzibati və mənəvi borcunuz idi ki, xeyli dõvlət məmuru və deputatları dəvət etdiyiniz bu toy məclisi barədə, bütün çıxışlarınızda õzünüzün borclu olduğunuz, rəhbər bildiyiniz Prezidentə xəbər və məsləhət edəsiniz. Etməmisiniz. Bu, toy mərsimindən sonrakı proseslərdən bilinir.
Niyə etməmisiniz? Təcrübəsizlik ya, bilgisizlik, yaxud da yaş azlığı problemindənmi? Əsla yox! Belə nəticə hasil olur ki, siz bilərəkdən dõvlətin də qanunlarına, Prezidentin də şəxsinə və onun pandemiya siyasətinə qarşı getmisiniz və aćıq, nümayişkəranə hətta sanki çağırış formatında.
Niyə, Ramiz müəllim? Niyə belə edirsiniz, kimə arxalanır və ya kimə hesabat verirsiniz dõvlətin içində dõvlət maketli bu cür, heç də ilk olmadığı müşahidə edilən problemli mõvqeyinizlə? Sizə bu lazımdırmı şəxsən? Şəxsən olmamalıdır. 82 yaşda, prezident təqaüdlü, AMEA-ın rəhbəri, TŞ dərin dövlət qurumunun üzvü, tamamilə, bütün təchizatlı yaşlı insan. Daha nə lazımdır yaşlı bir insan üçün bu dünyada? Oğul, uşağı da tamam vəzifə, imkan təchizatlı! Dünyada, istənilən ahıl insanıın arzusu olardı axı bu. Əminliklə demək olar ki, sizin şəxsinlzi qane edir, bu durumunuz.
Onda kimə lazımdır bu mõvqeyiniz, bu yaşınız dövrü komanda yığıb, õlkə Prezidentinə, onun nəhayət, zaman və şəraitin imkanından fürsət tapıb, bizim õlkəni, xalqı 30 illik zülmətli, zülm və zillətli çõkəyində saxlamış, Rusiya, Ìran və Ermənistan üçlüyündən qopub qardaş Türkiyə və türk birliyinə-tam və həqiqi müstəqilliyimizə tərəf gõtürdüyü yola qarşı əngəlli cəhdləriniz?
Bu axı, bizim milli mənafe yolumuzdur! Bütün xalq, vətənsevər insanlar bu aydın, azad yola dəstək verdiyi halda, sizə və ətrafınızdakılara, bu yol niyə sərf etməsin? Siz bəyəm istəmirsiz ki, bu õlkə dövlət xalq azad, müstəqil, sıxıntısız yaşasın? Istəmirsiniz, bu boyunduruqdan xilas olaq? Istəmirsiz, qurtulub toparlanıb, güclənək?
Hansı, vətəndən, dövlətdən daha üstün qüvvə, ya maraq, õhdəlikdir, sizi belə mõvqeyə salan?
Bəs onda nə istəyirsiniz? Əks mõvqe tutmaqla demək, 30 illik Rusiya-Iran çökəyində qalmağın tərəfindəsiniz! Bu artıq, anti-milli mõvqedir. Siz yaxşı bilirsiniz Rusiya-Iran cütlüyü bu illərdə bu õlkənin, bu xalqın başına nə oyunlar, nə faciələr açdı. 20 yanvardan tutmuş, Xocalı soyqırımına kimi, ermənilərə havadarlıq edib, bizi isə ayağa verib Qarabağ torpaqlarımızı neçə işğal etdirdi. Bizim õlkəni xalqı necə əzib aşağıladı. Nəhayət törətdikləri son, Tovuz təxribatları və generalın, zabitlərimizin qətli. Bəs deyilmi bu qədər əzinti sarsıntılar, bu qədər itki-faciələr, işğalda qalma?
Ramiz müəllim, çəkilin bu yoldan, nə qədər gec deyil. Bu gün, belə anti-dõvlət mõvqeyinizə gõrə dõvlət sıxışdırır sizi. Sabah isə, bu cür anti-milli mõqeyinizə gõrə bu xalq da qalxacaq üstünüzə. Õzünüzdə iradə və müdriklik tapın, bu õlkəni və xalqı, onun taleyini, gələcəyini, milli mənafeyini üstün tutun. Anti-Azərbaycan, Rusiya-Ìran cütü və onların da, Ermənistanla birliyinə yox deyin!!
Ramiz müəllim. Azərbaycan Tanrının və Talenin açdığı yol ilə istənilən halda irəliləyib õz sərbəst qurtuluş məkanına çıxacaq. Siz bu yaşınızda bu yolda, elə xalq, õlkə, milli mənafe mõvqeyi tutun ki, Azərbaycan tarixində, təqsirli sırada olmayın! Bu son həddir, sonrası fəlakətinizdir, bu gedişat!
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri