Newscenter.az.23.08.2020. "İlham Əliyev subut etdi ki, məmurlar sadə vətəndaşlar kimi qanun qarşısında bərabərdir".
Newscenter.az xəbər verir ki, bu fikirləri "Mərhəmət” Kimsəsizlərə Yardım ictimai Birliyinin sədri İradə Polad səsləndirib. O, qeyd edib ki, respublikamızda əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olundu. Nazirlər Kabineti yanında Operativ Qərərgah son günlər ölkəmizdə virusa yoluxma hallarının və həyatını itirənlərin sayının azalmasını qeyd etdilər:
"Sağalanların sayı müsbət nəticə verdi. Avqust ayının 10-dan yumşaldıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edildi. Ancaq (COVİD-19) koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə, kütləvi tədbirlərin keçirilməsi, o cümlədən yas mərasimi və toy şənliklərinin keçirilməsinə qoyulan qadağalar qüvvədə saxlanıldı. Buna baxmayaraq, çox təəssüflər olsun ki, koronavirusun ilk effektiv peyvəndi tapılmayana qədər, qoyulmuş qadağalara əməl etməli olduğumuz halda, özündən razı olan yüksək vəzifəli məmurlar karantin qaydalarını pozaraq istədikləri kimi toy mərasimləri keçirdilər. Demək olar ki, bu da cəmiyyətdə birmənalı qarşılanmadı, insanlar öz fikirlərini bildirərək, haqlı olduqlarını bəyan etdilər".
İradə Polad bildirib ki, bu gün ölkə başçısı İlham Əliyev vətəndaşlarının sağlamlığını qorumaq məqsədilə müvafiq tədbirlər həyata keçirir və aidiyyatı qurumlara göstəriş verir:
"Bununla yanaşı, Cənab Prezident məsələni daim diqqətində saxlayır və həssaslıq göstərir. Lakin bəzi məmurlar, öz səlahiyyətlərindən sui-istifadə edib, qanunları pozur. Onların bu əməlləri ölkə başısının fəaliyyətinə kölgə salmaq məqsədi daşıyır. Bu gün həmin şəxslərin , qanun qarşısına çıxarılması, cəzalandırılması onu sübut etdi ki, ölkəmizdə heç kim qanundan qaça bilməz, qanun qarşısında hər bir vətəndaş kimi milət vəkili, alim, professor, akademik, məmur, qanun qarşısında cavab verməli, etdiklərinə görə cəzalandırılmalıdır. Hər kəs öz vəzifəsinin məsuliyyətini bilməli, dövlətinə sədaqətlə xidmət etməli, verilən tapşırıqlara əməl etməlidir. Bu gün bu şəxslərin cəzalandırılması göstərdi ki, İlham Əliyev ölkədə qanunların icrasının əsas təminatçisi, vətəndaş hüquqlarının müdafiəçisidir. Bir sözlə İlham Əliyev subut etdi ki, məmurlar sadə vətəndaşlar kimi qanun qarşısında bərabərdir. Dövlətin qoyduğu qanunu pozan hər kəs mütləq cəzalandırılmalıdır!. Biz vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq, ölkə başçısının yanındayıq və hər zaman onun yolunda olacağıq".
NEWSCENTER.AZ