Newscenter.az.23.08.2020. "Son top(y)lantı ilə bağlı Abel Məhərrəmovun niyə cəzalandırılmaması çox maraqlı görünür. Bu adamın həmin məclisdə iştirakı bir qayda pozuntusudur".
Newscenter.az xəbər verir ki, bu fikirləri İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli səsləndirib. O, bildirib ki, Məhərrəmovun dediyi sağlığın məzmunu isə ayrıca bir sabotajdı:
"Ölkədəki bütün uğurların müəllifi kimi Ramiz Mehdiyevi göstərir və bunun fonunda nə Prezidentin, nə də mərhum Heydər Əliyevin adını çəkmir. Mənə elə gəlir ki, İspaniyadakı şərab qalmaqalından sonra, Abel Məhərrəmov özünün son akordunu vurdu".
İSBAM sədri qeyd edib ki, belə adamlara qətiyyən mühüm dövlət vəzifəsini etibar etmək olmaz:
"Onun talançılıqla əldə etdiyi bütün biznesi əlindən alınmalıdır, İspaniyada şərab alveri edən səfir oğlu isə geri çağrılıb, Eldar Həsənov kimi məsulıyyətə cəlb edilməlidir".
Anar