Newscenter.az.23.08.2020. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha üç nəfər cərimələnib.
"Report"un məlumatına görə, millət vəkili Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva və filarmoniyanın direktorunun həyat yoldaşı Aysel Adıgözəlzadə sabiq millət vəkili İlham Əliyevin karantin qaydalarını pozaraq övladı üçün təşkil etdiyi toy mərasimində iştirak etdiklərinə görə cərimələniblər.
Hər üç şəxs İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğdə cərimə edilib.
DİN Mətbuat Xidmətindən faktı “Report”a təsdiq ediblər.