Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabah hava necə olacaq?



Newscenter.az.23.08.2020. “Bu ilin avqust ayı hava sürprizləri ilə dolu oldu. Bunlardan biri də Şahdağa yağan qar nəticəsində 15 sm hündürlüyündə əmələ gələn qar örtüyüdür”.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tabıyeva bildirib. Onun sözlərinə görə, Şahdağda müşahidələr 2009-cu ildən aparılır:

“Belə bir hadisə ilk dəfədir ki, qeydə alınıb. Ötən illər ərizndə avqust ayının sonunda yalnız sulu qar müşahidə olunub. Bir gecə ərzində respublikanın bir sıra rayonlarında düşən yağıntının miqdarı adətən ay ərzində düşən yağıntının miqadrına yaxın olub.

Gün ərzində yağıntılı hava şəraiti respublikanın rayonlarında fasilələrlə davam edəcək. Artıq yağıntıların kəsilməsi ayın 24-ü səhər saatlarından gözlənilir”.
Xəbəri paylaş