Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ucarda avtomobil su kanalına aşıb-VIDEO



Newscenter.az.23.08.2020. Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Müsüslü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Magistralda hərəkətdə olan 10-GZ-774 dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobil güclü yağış səbəbi ilə idarəetmədən çıxaraq sürüşüb. Daha sonra avtomobil yolun kənarındakı reklam lövhəsinə dəyərək su kanalına aşıb.

Hadisə zamanı avtomobilin sürücüsü və bir nəfər sərnişin yüngül xəsarət alıb.

Avtomobili su kanalından çıxarmaq üçün bir neçə dəfə yük avtomobillərinə bağlayıb çəksələr də mümkün olmayıb. Nəhayət yoldan keçən digər avtomobillərin sürücüləri və Müsüslü kəndinin sakinləri avtomobili qalın kəndirlə dartaraq su kanalından çıxarıblar.
Xəbəri paylaş