Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xınalığa qar yağır



Newscenter.az.23.08.2020. Avqustun 23-ü səhər saatlarından Qubanın Xınalıq kəndinə qar yağmağa başlayıb.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, dəniz səviyyəsindən 2 min 350 metr yüksəklikdə yerləşən kəndə hazırda qar yağmaqda davam edir.

Qısa müddətdə qarın hündürlüyü 3 santimetrə çatıb.

Quba Rayon İcra Hakimiyyəti başçısının Xınalıq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nəsimi Məmmədov bildirib ki, qar əsasən Şahdağın ətəklərinə, Şahdüzünə və kəndə yağır. Onun sözlərinə görə, hazırda dağlıq ərazilərdə sulu qar və qar yağması davam edir.

“Qar havanın mülayim olması səbəbindən əriyir, heyvandarlıq təsərrüfatına ziyan dəyməyib”.

Xatırladaq ki, ilin bu vaxtı Xınalıq kəndində və yaxın kəndlərdə ot biçimi mövsümüdür. Avqust ayında kəndə qar yağması nadir rast gəlinən təbiət hadisəsidir
Xəbəri paylaş