Newscenter.az.25.08.2020. Braziliyanın paytaxtında, nəqliyyatın daha çox hərəkət etdiyi hava limanına gedən yolda Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən lövhə yerləşdirilib.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın bu ölkədəki səfiri Elxan Poluxov verib. Səfir qeyd edib ki, lövhənin üzərində "Ermənistan, Azərbaycana qarşı təcavüzü dayandır!" fikirləri əks olunub:
"Ermənistan, Azərbaycana qarşı təcavüzü dayandır! Braziliyanın paytaxtının ən məşğul, hava limanına gedən yol zolağında belə bir yazı! Gələn də görür gedən də. Braziliyada 100 mindən artıq erməni cəmi 5 azərbaycanlı yaşayır! Amma biz burdayıq!".
Anar