Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın sığorta bazarı 11% böyüyüb



Newscenter.az.27.08.2020. Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 467,483 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 223,196 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 44,3% çoxdur.

2020-ci ilin yanvar-iyul aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 47,7 manatı ödəniş edilib. 2019-cu ilin yanvar-iyul aylarında bu göstərici 36,6 manat olub.
Xəbəri paylaş