Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda vəkil intihar etdi



Newscenter.az.27.08.2020. Azərbaycan Vəkillər Kollegiyasinın üzvü özünü asaraq öldürüb.

Kollegiyadan “Report”a fakt təsdiqlənib.

Bildirilib ki, vəkil Namiq Həsənov Binəqədi rayonu ərazisində özünü asaraq intihar edib.

Məlumata görə, N.Həsənovun anası bir müddət əvvəl dünyasını dəyişib. Bundan sonra onun səhhətində problem yaranıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, 1966-cı il təvəllüdlü N.Həsənov 2006-cı ildən Bakı şəhəri 11 saylı Vəkil Bürosunda çalışırdı.
Xəbəri paylaş