Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda koronavirusdan ölənlərin sayı 864-ə yüksəlib



Newscenter.az.27.08.2020. Ermənistanda daha 203 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 43 270-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 864-ə çatıb. İndiyədək 36 988 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 5 153 aktiv koronavirus xəstəsi var.
Xəbəri paylaş