Newscenter.az.28.08.2020. Seçicilərlə son görüşün nəticəsi olaraq bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri cənab Zaur Əliyevə məktubla müraciət edərək 8 vətəndaşın şikayətini ona göndərdim.
Newscenter.az xəbər verir ki, bu fikirləri Biləsuvarın deputatı Bəhruz Məhərrəmov səsləndirib. O, qeyd edib ki, vətəndaşlar müxtəlif xəstəliklərdən əziyyət çəkdiklərinə baxmayaraq əlilliyin qiymətləndirilməsi ilə bağlı sənədlərin Tibbi-Sosial Ekspert Komissiyasına göndərilməsi üçün yerli orqanlarda problemlə qarşılaşdıqlarını iddia edirdilər:
"Mən də Zaur müəllimdən məsələlərin araşdırılması və həlli üçün müvafiq tapşırıq verməyini xahiş etdim".
Bəhruz Məhərrəmov həmçinin bildirib ki, Əmanətlərin Sığortalanması Fonduna da müraciət olunaraq, Fondun ləğvedicisi olduğu “Royalbank” və “Zaminbank”-la bağlı bir neçə vətəndaşın yaşadığı problemlərin həlli istiqamətində kömək istənilib.
Mehman