Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı, Sumqayıt və Abşeronda sərt karantin rejimi davam edəcək



Newscenter.az.29.08.2020. Yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlər hələ davam edəcək.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında qeyd edilib.

Sərt karantin rejimi mövcud olan şəhər və rayonlarda həftəsonları aşağıdakı tarixlərdə ictimai nəqliyyat fəaliyyət göstərməyəcək:

5 sentyabr saat 00:00-dan 7 sentyabr saat 06:00-dək;

12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək;

19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək;

26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək.
Xəbəri paylaş