Newscenter.az.30.08.2020. "Bildiyimiz kimi ötən ay Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş təxribatdan sonra orduya dəstək məqsədilə Bakı və ətraf rayonlardan səngərlərin möhkəmləndirilməsi üçün işlənmiş təkər şinləri yığılaraq cəbhənin müxtəlif istiqamətlərinə göndərildi. Burada təkərlər qəbul edilir və igid hərbçilərimizin təhlükəsizliyi üçün səngərlərdə və daldalanacaqlarda istifadə olunur. Dünən nümayəndəmiz Elçin Cahangirovun vasitəsilə Bakıdan göndərdiyimiz bir tır təkər şinini Aşağı Ağcakənd qəsəbəsində yerləşən "N" saylı hərbi hissəyə göndərdik".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov səsləndirib. O, qeyd edib ki, hərbçilərimiz və könüllülərimiz təkər şinlərinin yerləşdirilməsində yaxından köməklik göstəriblər:
"Mən bu aksiyada bizə dəstək olan və əməyi keçən hər kəsə ilk növbədə isə gənc hərbçilərimizə və könüllülərimizə təşəkkür edirəm".
Anar Məmmədov bildirib ki, əsgərlərimiz bu gün cəbhənin ön xəttində düşmənə qarşı mübarizə aparırsa, vətən torpağının qorunması yolunda canını qurban verirsə, biz də arxa cəbhənin əsgərləri kimi hər zaman onlara dayaq olub, hərbçilərimizin ruh yüksəkliyinin daha da artırılması, əsgərlərimizə mənəvi dayaq olmaq və ictimaiyyətin ordu ilə birliyini gücləndirmək yolunda əlimizdən gələni etməliyik.
"Sonda öz adımdan və təmsil etdiyim 96 saylı Goranboy-Naftalan seçki dairəsinin seçiciləri adından Azərbaycan əsgərinə göstərdiyi qəhrəmanlığa və möhkəm iradəyə görə minnətdarlıq edir, ərazi bütövlüyümüzün bərpasına sonsuz inamımızı bildirir, Ali Baş Komandan əmr verərsə özüm başda olmaqla, xalqımızın hər bir nümayəndəsinin hər an döyüşə hazır olduğunu qeyd etmək istəyirəm.
YAŞASIN AZƏRBAYCAN ƏSGƏRİ!
YAŞASIN QÜDRƏTLİ AZƏRBAYCAN ORDUSU!"
Mehman