Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli mənafe yoluna maneələr kənar edilsin

Milli mənafe yoluna maneələr kənar edilsin


Newscenter.az.30.08.2020. Açığı, son vaxtlar çox düşünür, çox analız edir, õlçüb biçirəm ki, bizim õlkəmiz niyə belə olub, niyə belədir və necə etmək olar ki, xalq, dõvlət olaraq çıxaq bu çətin durumdan və irəli gedək?

Biz, 30 ildən sonra õzümüz üçün aydın etmişik ki, çõkəkdəyik, bizi əzilmiş, sınmış və sarsılmış durumda gõrmək və saxlamaq istəyən 3 qonşu dõvlətin çõkəyindəyik, çõkəyinə salınmışıq. Və bu halda, dõvlət rəhbərliyi və xalqımızın da fikri üst-üstə düşüb ki, bəsdir yetər artıq, qurtulmalı, çıxmalıyıq bu əsirlikdən, milli mənafemizi əsas tutub qardaş Türkiyə, onun siyasi alyansına və türk dünyasına tərəf də yol almalıyıq, Azadlığa!

Əsas vacib, tutulan yoldur..

Bəli əsas, millətin, õlkənin yoludur, qaranlıq, ya işıqlı yol. Qaranlıq zülmət yolda bizim xalqın və õlkənin heç bir sahədə işi gətirməz, gətirməzdi. Ìçi 10 milyon sərnişinli, qaranlıq, təlatümlü əyri yolda və qonşu-kənardan zərbələrlə şilkələnən yazıq gəminin irəliləyişi, uğuru tam ola bilərmi? Demək, Qarabağ, korrupsiya və digər, bütün bu problemlərimizin həlli yeni, işıqlı, tam müstəqil, suveren dõvlət durumlu yolumuzda ola biləcək.

Ìndi, gəlin gõrək, bu mühüm həyati yolda bizim əsas və ilk nõvbədə, aradan qaldırılmalı olacaq problemimiz hansıdır. Qarabağ, korrupsiya, lap qonşu Rusiya-Ìran-Ermənistan problemlərini bu qətiyyətli yolumuz, çataçağımız Türkiyə qardaş birliyi və Qərb-Avropa dünyası dəstəyi həll edər.

Əsas problemimiz, bizim qurtuluş, müstəqilliyə mane olacaq problem, hansı ki, onunla birlikdə ümumiyyətlə bu yola çıxmaq olmaz, bu, daxildə içimizdə olan problemdir: bizi içdən çürüdən və laxladıb sarsıdan, bu illərdə bizi yoldan azdıran, bizə daxildən düşmənçilik edən. Xarici düšmən Tovuz təxribatını Türkiyə, Qərb hay-küy, təzyiqlə xəbərdarlıla çəkindirdi. Daxili xainlə necə etsin?

Daxili problem kimlərdir..


Daxildəki sapıqlıq problemləri əsas 3 sektorda ola bilər: cəmiyyət, müxalifət, ya, iqtidar içində, hansı ki, xarici anti-Azərbaycan dõvlətlərə bağlı olub, içəridə bizim yolumuza sabotajlıq edirlər. Müxalifət və cəmiyyətdəki bəzi, xarici qüvvələr ilə bağlı olanlar, çətin ki ciddi maneə olalar: elə bir bağlılıqları yoxdur, qrant, ya yüngül dəstəkli amillərdən başqa və õlkə içində də, elə bir güc, ya potensialları yoxdur müqavimətə. Demək ki, bizdə bu saat ən bõyük ağır problem kimi qalır, hakimiyyət içinə hopmuş, ya, hopdurulmuş, bir sıra xarici, arzuedilməz dõvlətlərə bağlı məmur qrupu. Hansı ki, həm, xaricə bağlılıq, oradan da dəstək əmsalları, həm daxildəki vəzifə, rütbəsi, klanı, maddi və sair kompleksdəki potensialları xeyli qədər güclüdür. Hətta dõvləti təhdid qədər!

Bunlar, bilmirəm, "5-ci, ya 15-ci kolondur", nədir, mütləq və ilk novbədə zərərsizləşdirilməlidirlər! Bunlar õlkə xalq, dõvlət üçün bõyük və bəlkə də ən ciddi təhlükədirlər. Bu saat Azərbaycanımızı bu qurtuluş yolunda görmək istəməyən qəzəbli dõvlətlər, qüvvələrin õlkəmizə birbaşa müdaxilə etməsi çətindir. Çünki suveren adı var, dünyanın gõzü buradadır, beynəlxalq qanunlar var, olmaz. Amma bu "kolonlarının" vasitəsi ilə daxildə çox pozuntular, sabotajlar və təxribatlar edə bilərlər.

Təsəvvür edin, bir var o, Zabil Məhərrəmov kimi birisi xaricdə hoppanıb-düşsün vətənə qarşı, bir də var Zabil kimilər gəlib otursunlar dõvlətin, ya ordunun ən yuxarı eşelonunda. Demək, qurd bu bədənin (dõvlətin), ayağında, ya, qarnında deyil, düz beynində oturub, içdən yeyib, pozub, beyini və bütün bədəni (dõvləti) iflic edir. Bu bədən, bu orqanizm, bu dõvlət, inkişaf edərmi, neçə etsin?

Düşünürəm ki..


Bu dəstənin zərərsizləşdirilməsi üçün isə, vacib deyil ki, bu saat dõvlət və xalq ayağa qalxsın və vahid cəbhədə vuruşsun bunlarla. Düzdü, dõvlət və xalqın birliyi hava-su kimi vacibdir bu ümumi yolumuzda. Amma, bu dəstəni ləğv etmək üçün dõvlətin və xalqın içindən vətənsevər, qətiyyətli, milli mənafe təəssübü qanına, ruhuna hopmuş, müəyyən bir qrup mütəxəssislər tam, kifayətdir. Və bu sərt prosesi qətiyyən gecikdirmək olmaz!

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş