Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Şura Ramiz Mehdiyevlə birləşir



Newscenter.az.30.08.2020. Radikal siyasi düşərgənin təmsil olunduğu Milli Şura adlı qurum AMEA prezidenti Ramiz Mehdiyevlə birləşmək qərarına gəlib.

Newscenter.az xəbər verir ki, belə bir iddia ilə vəkil Aslan İsmayılov çıxış edib. O, bildirib ki, hazırkı situasiyada Ramiz Mehdiyevin haqlı olaraq sıxışdırılmasından istifadə edən Milli Şura Mehdiyevi müdafiə etmək, onun elektoratı ilə birlikdə hakimiyyətə qarşı mübarizə aparmağı məqbul hesab edir.

Aslan İsmayılov qeyd edib ki, AXCP sədri Əli Kərimlinin Ramiz Mehdiyevi müdafiə xarakterli çıxışı və AMEA prezidentinin linç edilməsinə qarşı qoyduğu münasibət də belə deməyə əsas verir.

Mehman
Xəbəri paylaş