Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxtın Sabunçu rayonunda mərasim keçirilməsinin qarşısı alınıb



Newscenter.az.30.08.2020. Avqustun 30-da paytaxtın Sabunçu rayonu ərazisində bir qrup şəxsin “Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar müxtəlif ünvanlarda toplaşdıqları müəyyən edilmiş və onlar ərazidə xidmət aparan Sabunçu RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmişlər. Onlarla izahedici söhbətlər aparılmışdır.

Newscenter.az DIN-ə istinadən xəbər verir ki, xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə ümumilikdə 24 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib olunmuşdur.
Xəbəri paylaş