Newscenter.az.30.08.2020. "Ramiz Mehdiyev 1999-cu ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasını özünün bir sexinə çervirib. O zamandan etibarən hamı Ramiz Mehdiyevin diktəsi ilə hərəkət etdi və onun göstərişi ilə akademik seçildi".
Newscenter.az xəbər verir ki, bu fikirləri özünün videomüraciətində vəkil Aslan İsmayılov səsləndirib. O, qeyd edib ki, Ramiz Mehdiyev həmin vaxtdan etibarən ölkənin dəyərli ziyalıları, elm adamlarını sıradan çıxararaq özünə uyğun ziyalılar yetişdirib:
"Bu gün Azad Mirzəcanizadə, Əbülhəsən Abbasov kimi ziyalıların əvəzinə bu xalqa ziyalı kimi Araz Əlizadə, Hafiz Hacıyev, Qüdrət Həsənquliyev, Elman Nəsirov, Zahid Oruc, Fazil Mustafanı sırıdı. Ramiz Mehdiyev ölkədə həqiqi ziyalıların yetişməsinə imkan vermədi. Olanları da çərlətdi, öldürdü".
P.S.Müraciətdə adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Ramiz Mehdiyevin 3-cü məktubu və təhlükələr. Canlı yayımı paylaşın.
Gepostet von Aslan Ismayilov am Samstag, 29. August 2020